Ayın ilk həftəsi bu bürclər üçün uğurlu olacaq - Pul, sevgi...

Astroloqlara görə, ayın ilk həftəsi bəzi bürclər üçün uğurlu olacaq.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, bunlar Şir, Əqrəb və Dolça bürcləridir.

Şir bürcü altında doğulanlar ayın ilk on günlüyündə sevgi münasibətlərində arzuladıqları insanı tapa bilərlər. Ünsiyyət zamanı diqqətıi olmaq lazımdır, eqoist davranışlarınız o insanı sizdən uzaqlaşdıra bilər.

Əqrəb bürcləri ayın ilk həftəsində iş həyatında maddi qazancla zəngin günlər keçirəcəklər. Yetər ki, bütün diqqətinizi işlərinizdə cəmləyin. Şəxsi problemlərin işə mane olmasına şərait yaratmaq olmaz.

Dolça bürcü altında doğulanlar da maddi qazancla zəngin həftə keçirəcəklər. Planlı hərəkət etmək lazım olacaq. Əks halda itkilər ola bilər. Risk bacarığınıza güvənməlisiniz.

Seyranə Quliyeva / Mətbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR