"Qayınanamdan qayınanalıq görməmişəm, onun haqqında yaxşı nəsə deyə bilmərəm".
Metbuat.az xəbər verir ki, bu sözləri rəqqasə Fatimə Fətəliyeva "Elgizlə izlə" verilişində deyib.
Fətəliyeva keçmiş qayınanasının ona əzablar verdiyini bildirib:
"Mən hamilə olanda mənə çox əziyyət verirdi. Bunları heç vaxt unutmaram. Bir dəfə qutab bişirdi. Mən də şişdim, iyi gəlirdi... Qapını bağlayıb, oğluna verdi ki, "ye". Acıq verirdi mənə. O da qapını bağladı ki, anası bilməsin, məni yedizdirsin. Mən ərköyün böyümüşəm, əziyyət görməmişəm. Amma o mənə polları şvabra ilə sildirirdi. Sonra isə bəyənmirdi, əlimlə sildirirdi".