Toy karvanında ağır qəza - Ölən və xəsarət alan var

Göygöldə baş vermiş ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanlardan biri dünyasını dəyişib.

Tibbi yardımlara baxmayaraq, yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alanlardan biri - 1989-cu il təvəllüdlü Davud Mürsəlovun həyatını xilas etmək mümkün olmayıb.

Digər xəsarət alan şəxs - 1998-ci il təvəllüdlü Ruslan Rüstəmovun müalicəsi davam etdirilir.

Qeyd edək ki, toy mərasimindən qayıdan şəxslərin olduğu BMW markalı avtomobil "VAZ-2106" markalı avtomobillə toqquşub, sonra idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb.

Zərbənin gücündən avtomobildə olanlardan birinin avtomobildən çıxaraq bir neçə metr kənara düşdüyü bildirilir.

Faktla bağlı araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR