"Qarabağ" üçün tarixi fürsət: Ölkə çempionu olsa, ÇL-də...

Avropa Liqasının 1/8 finalında "Bayer 04"lə qarşılaşmalı olan "Qarabağ"la bağlı yenilik var.

Metbuat.az offsideplus.az-a istinadən xəbər verir ki, "köhlən atlar" Misli Premyer Liqasında çempion olarsa, 2024/25 mövsümündə Çempionlar Liqasında mübarizəyə II təsnifat mərhələsindən başlama şansı olacaq. Bu, necə baş verəcək?

Yeni qaydalara əsasən, avrokuboklara vəsiqə qazanan komandalar mübarizəyə artıq ölkə yox, şəxsi əmsalına uyğun olaraq təsnifat mərhələsindən başlayacaq. "Qarabağ"ın hazırda 32,000 xalı var. Bu, Çempionlar Liqasının I təsnifat mərhələsindən mübarizəyə başlayan ölkələrin klubları arasında ən yüksək göstəricidir. Turnirin qalibi olan komanda daxili çempionatında da yarışa vəsiqə qazansa, bu zaman I təsnifat mərhələsindən başlamalı olan 2 kollektiv avtomatik növbəti mərhələyə yüksələcək. Bunlardan biri də "Qarabağ" olacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR