“Qalatasaray” derbidə “Beşiktaş”a qalib gəldi

İstanbul derbisində "Beşiktaş" doğma meydanda "Qalatasaray"a məğlub olub.

Metbuat.az xəbər verir ki, "Qalatasaray" səfərdə "Beşiktaş"a 1-0 hesabı ilə qalib gəlib. Sarı-qırmızılıların qolunu matçın 2-ci dəqiqəsində "Beşiktaş"da çıxış edən Əl-Musrati avtoqolla vurub.

"Qalatasaray" bu nəticə ilə xallarını 75-ə çatdırıb və zirvədəki rəqibi "Fənərbaxça"nı 2 xal üstələyərək yenidən liderliyə yüksəlib. "Beşiktaş" isə 46 xalla 4-cü pillədə qərarlaşıb.

Süperliqanın növbəti həftəsində “Qalatasaray” doğma meydanda “Çaykur Rizəspor”la, "Beşiktaş" isə səfərdə "Qaziantep"lə qarşılaşacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR