"BMW X5" ağır qəza törətdi - ölən və yaralanan var

Gəncə şəhərində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Metbuat.az xəbər verir ki, hadisə Göygöl rayonu Üçtəpə kəndi ərazisində baş verib. Gəncə şəhər sakini Cavid Mürsəlov idarə etdiyi markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib İdris Orucovun idarə etdiyi "VAZ 21061" markalı avtomobillə toqquşub. Nəticədə "BMW X5" markalı avtomobilin sürücüsü C. Mürsəlov hadisə yerində ölüb, həmin avtomobildə əyləşən Ruslan Rüstəmov ağır xəsarətlərlə Gəncə Mualicə və Dioqnostika Mərkəzinə yerləşdirilib.

Fakatla bağlı Göygöl Rayon Polis Şöbəsində cinayət işi başlanıb.

Seyranə Quliyeva / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR