Tovuzda 46 yaşlı qadın faciəvi şəkildə öldü

Tovuz rayonunda ölümlə nəticələnnə yol qəzası baş verib.

Metbuat.az-ın məlumatına görə, Tovuz rayonu Düz Cırdaxan kənd sakini Firuz Qocayev idarə etdiyi "Toyota Corolla" markalı avtomobillə H.Əliyev prospektində hərəkətdə olarkən yolu keçmək istəyən piyada, Tovuz rayonu Abulbəyli kənd sakini, 1978-ci il təvəllüdlü Abdullayeva Almaz Kamal qızını vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Tovuz rayon Polis Şöbəsində cinayət işi başlanıb.

Seyranə Quliyeva / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR