Xankəndidə xeyli silah-sursat və narkotik tapıldı

Xankəndi şəhərində xeyli sayda silah-sursat və narkotik aşkarlanıb.

Metbuat.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə Xankəndi şəhəri ərazisində yerləşən qarajların birindən 3,8 kiloqram çəkidə marixuana, həmçinin şəhər ərazisindən 13 ədəd müxtəlif markalı avtomat silahı, 1 ədəd pulemyot, 11 tüfəng, 7 ədəd qumbara, 3 alışdırıcı, 25 patron darağı, 1718 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR