Bakıda bağlanan yolla bağlı BŞİH-dən AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Xaqani bağının ətrafında nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Yollara 3 istiqamətdə maneələr quraşdırılıb.

Metbuat.az bildirir ki, bununla bağlı Bakı şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətinin rəhbəri Metin Hüseynov açıqlama verərək qeyd edib:

"Məlumdur ki, son illərdə paytaxtda avtomobillərin sayı xeyli artıb və bununla əlaqədar mərkəzi küçələr və parkların ətrafında avtomobil sıxlığını azaltmaq məqsədi ilə müvafiq tədbirlər həyata keçirilir. Bu tədbirlər çərçivəsində Xaqani bağının ətrafında avtomobillərin girişinin məhdudlaşdırılması və hazırlanacağ xüsusi layihə əsasında abadlıq işlərinin aparılması nəzərdə tutulub. Bu işlərin əsas məqsədi sakinlərimizin və şəhərimizin gonağlarının rahatlığının təmin edilməsidir".

Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR