Dünyada PUA texnologiyasında ilk üçlükdə, satışında isə zirvədəyik - Ərdoğan

Dünyada PUA texnologiyasında ilk üçlükdə, satışında isə zirvədəyik.

Metbuat.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra çıxışında deyib.

Ərdoğan bu günə qədər 50 ölkə ilə 770 PUA üçün müqavilə imzalandığını bildirib.

“Ötən il təkcə bu ixracatın məbləği 1,8 milyard dollar idi. 2024-cü ilin ilk iki ayında 633 milyon dollarlıq ixracat rəqəmi ilə müdafiə və aerokosmik sektorda yeni rekord qırmışıq”, - Türkiyə Prezidenti vurğulayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR