DYP-dən sürücülərə MÜRACİƏT

Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsi sağ zolaq boş olduğu halda sol zolaqla hərəkət edən sürücülərə müraciət edib.

Metbuat.az xəbər verir ki, "Yol hərəkəti haqqında" qanunun 49-cu maddəsinə əsasən, normal hərəkət zamanı nəqliyyat vasitələrinin sürücüləri vəziyyətdən asılı olaraq, yolun hərəkət hissəsinin sağ kənarı ilə hərəkət etməlidirlər. Yaşayış məntəqələrindən kənarda, habelə yaşayış məntəqələrində 5.1 və ya 5.3 nişanları ilə işarələnmiş yolun hərəkət hissəsində hərəkət istiqamətində sağ zolaq boş olduğu halda sol zolaqlarla hərəkət etmək qadağandır. Bu qaydanın pozulmasına görə inzibati qaydada məsuliyyət nəzərdə tutulub.

Hərəkət intensivliyi çox olan şəhər yollarında isə bəzi sürücülər sağ zolaq boş olduğu halda sol zolaqla hərəkət edir və bununla da mənzil başına daha tez çatacaqlarını düşünürlər. Lakin bu tamamilə yalnış düşüncədir. Çünki bir çox sürücü bu formada düşündüyündən sol zolaqda sıxlıq yaranır və hərəkət etmək çətinləşir, sağ zolaqla isə daha rahat və təhlükəsiz hərəkət etmək olur. Statistikalara görə, qəzaların əksəriyyəti sol zolaqlarda baş verdiyi üçün sağ zolaqlar daha təhlükəsiz zolaqlar hesab olunur.

Sürücülərə tövsiyə olunur ki, istənilən yolda hərəkət edərkən sağ zolaqlara üstünlük versinlər. Ötmə və manevrlər üçün sol zolaqları boş saxlasınlar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR