Ruslanın qaytarılma xəbərinə atası belə reaksiya verdi

Xəbər verdiyimiz kimi, Ermənistanın rəsmi qurumları Laçında azıb qarşı tərəfə adlayan hərbçi Ruslan Pənahovu Azərbaycana təhvil vermək barədə qərar qəbul edib. Bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti məlumat yayıb. Məlumata görə, rəsmi İrəvan Ruslan Pənahovu xoşməramlılıq əlaməti olaraq və ikitərəfli razılaşma əsasında tez bir zamanda Azərbaycana təhvil verməyi qərara alıb.

Metbuat.az xəbər verir ki, Modern.az Ruslan Pənahovun atası Eldəniz Pənahovun xəbərə münasibətini öyrənmək üçün onunla əlaqə saxlayıb. O hələ ki bu barədə ailəyə rəsmi məlumat verilmədiyini bildirib:

“Dünən axşamdan Ruslanın təhvil verilməsi ilə bağlı xəbərlər çıxıb. Ancaq dövlət qurumları hələ xəbəri təsdiqləməyib. Ona görə də nəsə bir söz deməyim tezdir. İnşallah, təsdiqlənsin, ondan sonra danışarıq. Hələ mənə məlumat verilməyib. Yəqin ki, belə xəbər varsa, yaxın zamanda bizi də xəbərdar edəcəklər”.

Qeyd edək ki, fevralın 28-i səhər saatlarında Azərbaycan Ordusunun əsgəri Ruslan Eldəniz oğlu Pənahov Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək azıb. Daha sonra onu Ermənistan hərbçiləri saxlayıblar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR