Türk lirəsi dollar və manat qarşısında UCUZLAŞDI

Türkiyə lirəsi ABŞ dolları və başqa xarici valyutalar qarşısında tarixi minimumunu yeniləyib.

Metbuat.az xəbər verir ki, Türkiyədə dollar 31,72 TL, avro isə 34,40 TL səviyyəsinə qədər bahalaşıb.

Son bir ayda dollar TL qarşısında son bir ayda 4%, avro isə 4,8% bahalaşıb.

Türkiyə Mərkəzi Bankı isə dolların bugünkü məzənnəsini alış üzrə 31,40TL, satış üzrə 34,46 TL müəyyən edib.

Türkiyə lirəsi manat qarşısında da rekord şəkildə ucuzlaşmaqda davam edir. Belə ki, Azərbaycan Mərkəzi Bankının martın 5-də açıqladığı məzənnəyə əsasən, 1 TL 0,0538 manat təşkil edir. Başqa sözlə, hazırda 1000 Türkiyə lirəsi 53,8 AZN-ə ticarət edilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR