Şuşada xeyli silah aşkarlandı - FOTO

Şuşada müxtəlif markalı silahlar aşkar edilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Metbuat.az-a verilən məlumata görə, Şuşa Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən silah-sursatın yığılaraq təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir. Keçirilən tədbir zamanı müxtəlif markalı 8 avtomat, 5 tapança, 1 pulemyot, 9 ov silahı və digərləri aşkar olunaraq müvafiq qaydada götürülüb.

Faktla bağlı araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR