Arda İbrahimoviçin yanına gedir - Qərar verilib

“Real Madrid”in futbolçusu Arda Gülerin “Milan” klubuna icarəyə veriləcəyi ilə bağlı iddialar səngimir.

Metbuat.az xəbər verir ki, İspaniyanın aparıcı nəşri “AS” Arda Gülerin icarə əsasında mövsümün sonunda “Milan”a gedəcəyini yazıb. Qəzet öz mənbələrinə istinadən yazır ki, klubun məqsədi Ardanın Brahim Diaz kimi “Milan”da oynamaq şansı əldə etməsini, fiziki cəhətdən güclənməsini və təcrübə qazanmasını təmin etməkdir. "Milan"ın Ardanı 2 illik icarəyə götürmək istədiyi də məlumatlar arasındadır. Ardanın oynamaq şansı əldə edə bilmədiyi üçün baş məşqçi Karlo Ançelottiyə əsəbi olduğu bildirilir.

Qeyd edək ki, Arda Güler “Real Madrid”in heyətində 5 matçda 92 dəqiqə oynayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR