Şabranda ağır qəza: Ölən və yaralananlar var - FOTO

Bakı-Quba Rusiya sərhədi ödənişli avtomobil yolunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Metbuat.az xəbər verir ki, hadisə yolun Şabran rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

“Hyundai” markalı avtomobil idarəetmənin itirilməsi səbəbindən yolun kənarına aşıb. Qəza nəticəsində bir qadın hadisə yerində dünyasını dəyişib. Sürücü və avtomobildə olan iki sərnişin yaralanıb.

Yaralananlar xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR