Bu xəstəliyi olanlar kakao içsin - Möcüzəvi təsir

Dadlı kakao içkisi insan orqanizminə enerji verir, onu virus və infeksiyalardan qoruyur.

Metbuat.az xarici mediaya istinadən bildirir ki, səhərlər bir fincan kakao içmək əhval ruhiyyəni yüksəldir, orqanizmin həyat tonusunu artırır. Onun tərkibində yaddaşı möhkəmləndirən və beyin fəaliyyətini yaxşılaşdıran maddələr var. Həmçinin kakao D vitamini ilə zəngindir.

Kakaonun faydalarını təqdim edirik:

- Ürək xəstəliyi, iflic, xərçəng və diabet riskini azaldır.

- Onun nüvəsində olan “flavanol” maddəsi beyni daha çox oksigenlə təmin edir və yaşlı insanlarda yaddaş problemlərini azaldır.

- Sidikqovucu təsirə malikdir və həzmi asanlaşdırır.

- Bağırsaq və sidik yollarının spazmlarını aradan qaldırır.

- Stimullaşdırıcı təsiri ilə yorğunluğu aradan qaldırır və bədənə canlılıq verir.

- Yağı bədənə vurulduqda günəşin zərərli təsirlərini azaldır və dəri qoruyucu funksiyasını yerinə yetirir.

- Kakaoda qırmızı şərabdan iki dəfə, yaşıl çaydan üç dəfə çox antioksidan var.

- Kakao hipoqlikemik təsiri ilə pis xolesterolu azaltmağa kömək edir.

- Xoşbəxtlik hormonunu artırır. Bu şəkildə stress və depressiya riskini azaldır. O, həm də təbii antidepresandır.

- Bağırsaqların və maddələr mübadiləsinin düzgün işləməsini təmin edir.

- Yaşlanma əleyhinədir. Dərinin vaxtından əvvəl qocalmasının qarşısını alır.

Seyranə Quliyeva / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR