Dövlət Xidməti sosial şəbəkələrdəki nasazlıqla bağlı məlumat yaydı

“Facebook”və “Instagram” sosial şəbəkələrindəki problem qlobal xarakter daşıyır və hələ ki problemin əsas səbəbi barədə xidmət təchizatçılarından açıqlama verilməyib.

Metbuat.az xəbər verir ki, bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti məlumat yayıb.

“Problem lokal xarakter daşımadığından hesablarına daxil olmaqda çətinlik çəkən səhifə sahiblərinin və vətəndaşların narahatlığına heç bir əsas yoxdur”, - məlumatda deyilir.

Qeyd edək ki, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən dövlət qurumlarının elektron hesabları daimi monitorinq və nəzarət altında saxlanılır.

Əlavə edək ki, sosial şəbəkələrin işində yaranan nasazlıq aradan qaldırılıb. Feysbukun fəaliyyəti bərpa edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR