Rusiyada İES-də partlayış olub, yaralılar var

Rusiyanın Tuva respublikasnda İstilik Elektrik Stansiyasında (İES) partlayış olub.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, hadisə Uluq-Xem rayonundakı Şaqonarskaya İES-də qeydə alınıb.

Respublikanın başçısı Vladislav Xovalıq bildirib ki, hadisə nəticəsində xəsarət alan 18 nəfər xəstəxanaya yerləşdirilib.

Bildirilib ki, 6 nəfərin vəziyyəti ağır, 9 nəfərin vəziyyəti orta ağırdır. Daha üç nəfərin vəziyyəti isəqənaətbəxşdir. Hazırda bütün yaralılar xəstəxanalara çatdırılır. Digər 3 nəfər haqqında hələ də məlumat yoxdur. Axtarışlar davam edir.

Seyranə Quliyeva / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR