Bu rayonunda mərkəzi stadion yenidən qurulur

Zərdab rayonunda mərkəzi stadion yenidən qurulacaq.

Metbuat.az-ın məlumatına görə, bu barədə məlumat Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub.

Qeyd olunub ki, hər il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsündə idman obyektlərinin tikintisi üçün müvafiq vəsaitlər ayrılır.

Bildirilib ki, 2024-2027-ci illər ərzində dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu hesabına tikintisi nəzərdə tutulmuş layihələrlə bağlı Gənclər və İdman Nazirliyinin təklifində Zərdab rayonunda mərkəzi stadionun yenidən qurulması məsələsi daxil edilərək aidiyyəti üzrə təqdim olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR