1 milyardlıq sərmayə bəhrə vermədi - "Çelsi"də məşqçi hərəkatı

Premyer Liqa nəhəngi "Çelsi" hələ də kluba qoyulan sərmayənin bəhrəsini ala bilməyib.

Metbuat.az xəbər verir ki, klub rəhbərliyi baş məşqçi Poçettinonu göndərməyi nəzərdən keçirir. “The Guardian”ın məlumatına görə, “Çelsi” argentinalı məşqçinin yerinə “Sportinq”in baş məşqçisi Ruben Amorim və “Brayton”un baş məşqçisi Roberto De Zerbini gündəmə gətirib. Amorim hazırda Portuqaliyada "Benfika" və "Portu"nu qabaqlayaraq diqqətləri çəkib. De Zerbi isə 2022-ci ildə “Brayton”a keçdikdən sonra oynatdığı uğurlu oyunla diqqət mərkəzindədir.

Qeyd edək ki, Todd Boehli “Çelsi”ni alandan sonra 1 milyard avrodan çox xərcləyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR