Azərbaycan millisinin seçmə mərhələdəki oyunlarının təqvimi müəyyənləşdi

Qadın futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsində keçirəcəyi oyunların təqvimi müəyyənləşib.

Metbuat.az xəbər verir ki, yığma qrupda ilk matçını aprelin 5-də səfərdə Macarıstan seçməsinə qarşı keçirəcək.

Digər oyunların təqvimi isə belədir:

9 aprel

Azərbaycan – İsveçrə

31 may

Azərbaycan – Türkiyə

4 iyun

Türkiyə – Azərbaycan

12 iyul

Azərbaycan – Macarıstan

16 iyul

İsveçrə – Azərbaycan

Qeyd edək ki, turnirin final mərhələsi 2025-ci ildə İsveçrədə təşkil olunacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR