Azərbaycan parateakvondoçusu lisenziya turnirində iştirak edəcək

Azərbaycan parateakvondoçusu Bolqarıstanın paytaxtı Sofiyada keçiriləcək Avropa Olimpiya Təsnifat Turnirində iştirak edəcək.

Metbuat.az xəbər verir ki, baş məşqçi Fərid Tağızadə “Paris-2024” Yay Paralimpiya Oyunlarına lisenziya uğrunda mübarizədə Röyalə Fətəliyevaya şans verəcək.

O, K44 kateqoriyası üzrə 52 kiloqram çəkidə dayanq üzərinə çıxacaq.

Yarışa martın 8-də start veriləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR