"Nikosayağı"na bu qədər cəza verildi - HÖKM

Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol qəzasında təqsirləndirilən tanınmış bloger "Nikosayağı" ləqəbi ilə tanınan Nicat Şakirlinin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Metbuat.az-ın məlumatına görə, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə N. Şakirli son söz deyib.

Daha sonra hökm oxunub. Hökmə əsasən, Nicat Şakirli cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 5 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, ötən prosesdə prokuror N. Şakirliyə 6 il cəza istəmişdi.

Qeyd edək ki, hadisə ötən ilin avqustunda qeydə alınıb. N.Şakirli idarə etdiyi “Porsche” markalı avtomobillə yük maşınına (TIR) çırpılıb. Qəza nəticəsində avtomobildə olan blogerin dostu Ruslan Məmmədov vəfat edib. Nicat Şakirlinin sağ qolu dirsəkdən amputasiya edilib.

Nicat Şakirliyə qarşı Cinayət Məcəlləsinin 263-1.3 (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma, eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR