Gəncədə 17 yaşlı qız itkin düşüb

Gəncə 17 yaşlı qız itkin düşüb.

Metbuat.az xəbər verir ki, 1974-cü il təvəllüdlü Gəncə şəhəri, E. Allahverdiyev küçəsi, təzə məhəllədə yaşayan Cavadov Xaliq Musa oğlu DİN-in 102 xidmətinə, sonradan Gəncə şəhər BPİ-nin 2-ci PŞ-nə ərizə ilə müraciət edərək, qızı 26.06.2006-cı il təvəllüdlü Cavadova İlahə Xaliq qızının işləmək adı ilə Bakı şəhərinə getdiyini və geri qayıtmadığını bildirib.

Faktla bağlı Gəncə şəhər BPİ-nin 2-ci polis şöbəsində ilkin araşdırma aparılmaqla İlahə Cavadovanın tapılıması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

Seyranə Quliyeva / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR