Nihat Kahveci: “Vallah, halal olsun, azərbaycanlı qardaşlarımıza” - VİDEO

Türkiyə millisinin sabiq futbolçusu, hal-hazırda futbol şərhçisi olan Nihat Kahveci "Qarabağ" - "Bayer" oyunundan danışıb.

Metbuat.az Qol.az-a istinadən xəbər verir ki, o, Ağdam təmsilçisinin matçın ilk hissəsində Leverkuzen klubunu 2:0 hesabı ilə məğlub etməsinə toxunub. N.Kahveci bunu Avropa Liqasının sürprizi adlandırıb: "Qarabağ" 2:0 öndə! Bizə də bu barədə yazırlar. "Bayer" bu mövsüm 1 matçda belə məğlub olmayıb. Mən "Qarabağ"la oyunda rotasiya edib-etmədiklərinə baxmayacağam. Çünki heç kim heyətə baxmaz. "Qarabağ" ilk hissədə 2:0 qalib gəlib. Xavi Alonso mənim dostumdur. "Real Sosyedad"da oynayarkən mənə 60 metrdən ötürmə verirdi. Xavi Alonso qələbə üçün mübarizə aparır. Amma "Qarabağ"ın ilk hissədə 2:0 hesabı ilə qalib gəlməsi Avropa Liqasının sürprizidir. Belə bir şey olmayıb.

Bu, "Fənərbaxça" üçün motivasiya olmalıdır. Avropa Liqasının qalibi olmaq üçün 1 nömrəli favorit "Bayer"dir. "Qarabağ"ın inkişafı necə də gözəldir. Vallah, halal olsun, azərbaycanlı qardaşlarımıza. İllərdir ki, avrokuboklarda çox yaxşı nəticələr əldə edirlər. İnşallah, mərhələ adlayan tərəf olarlar".

Qeyd edək ki, "Qarabağ" - "Bayer" oyunu 2:2 hesabı ilə başa çatıb. Bu komandalar arasında cavab görüşü martın 14-də Leverkuzendə keçiriləcək və Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR