"Barselona"nın istədiyi məşqçinin adı məlum oldu

"Barselona" mövsümün sonunda klubdan ayrılacaq Xavi Hernandezin əvəzinə Mikel Artetanı gətirməyi nəzərdən keçirir.

Metbuat.az xəbər verir ki, “Barselona”nın "Arsenal"ın baş məşqçisi Mikel Arteta ilə əlaqə saxladığı barədə məlumat dərc edilib. "Relevo"nun məlumatına görə, tərəflər telefon əlaqəsi yaradıb. Bildirilir ki, Barselona"nın idman direktoru Deko və klub prezidenti Joan Laporta Artetanın baş məşqçi təyin edilməsi məsələsində həmfikirdir.

Qeyd edək ki, bundan əvvəl İngiltərə mediası Mikel Artetanın mövsümün sonunda “Arsenal”dan ayrılacağı barədə xəbərlər dərc etmişdi. Lakin Arteta iddiaları təkzib edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR