“Bayer”-“Qarabağ” oyununa baxmaq istəyən azarkeşlərə müraciət edildi

Ağdam klubu “Bayer” - “Qarabağ” oyununa baxmaq istəyən azarkeşlərə müraciət edib.

Klubdan Metbuat.az-a bildirilib ki, UEFA Avropa Liqasının 1/8 final mərhələsində keçiriləcək “Bayer” (Almaniya) - “Qarabağ” matçında komandamızı dəstəkləmək istəyən azarkeşlər üçün ayrılmış biletlər (1790 ədəd) iticket.az-da satışa çıxarılıb.

Biletin qiyməti 31 manat təşkil edir.

Martın 14-ü “BayArena”da keçiriləcək matçdan 3 saat əvvəl azarkeşlərimiz üçün ayrılmış SG1, SG2 və SG3 sektorlarının qarşısında (Service Gast) vauçeri biletə dəyişməlisiniz.

Bilet alarkən istifadə etdiyiniz vəsiqə ilə vauçeri biletə dəyişmək mümkündür.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR