Ardanın qolu Xavini özündən çıxardı - "Açıq şəkildə səhv etdilər"

“Real Madrid”in futbolçusu Arda Gülerin ilk qolundan sonra “Barselona”nın baş məşqçisi Xavi Hernandez köməkçiləri ilə onun barəsində danışıb.

Metbuat.az xəbər verir ki, Xavi Ardanın yaxşı futbolçu olduğunu bildirib. “Defensa Central”ın məlumatına görə, Xavi Ardanı ala bilmədiyinə görə, “Barselona” rəhbərliyini tənqid edib. “Bu uşaq əladır! Əla qol vurdu. Aramızda olmaması ayıbdır.Bu, "Barselona"nın son illərdə etdiyi idman idarəçiliyindəki səhvləri açıq şəkildə ortaya qoyur. Gənc türkün "Real Madrid"lə müqavilə imzalamağa üstünlük verməsini unutmaq olmaz” - Xavi deyib.

Qeyd edək ki, Arda Güler “Real Madrid”in heyətdinə ilk qolunu “Selta”ya vurub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR