AÇG-dən indiyədək hasil olunan neftin həcmi açıqlandı

“Azəri-Çıraq-Günəşli” (AÇG) və “Şahdəniz” yataqları istismara veriləndən 01 mart 2024-cü il tarixinədək 632,7 milyon ton neft (kondensatla birlikdə) hasil edilib.

Metbuat.az xəbər verir ki, hesabat dövründə AÇG-dən 587,5 milyon ton neft, “Şahdəniz”dən isə 45,2 milyon tona yaxın kondensat çıxarılıb.

    Məlumata görə, hesabat dövründə yataqlarda hasil olunan neft və kondensat həcmlərinin 630,7 milyon tonu ixrac olunub.

    Bildirilib ki, 2024-cü ilin yanvar-fevral ayları üzrə ölkədə 4,8 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Neft hasilatının 2,7 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 0,7 milyon tonu (kondensat) “Şahdəniz”in, 96 min tonu (kondensat) “Abşeron” yatağının payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 1,3 milyon ton təşkil edib.

    “İki ay ərzində 3,9 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bunun 3,4 milyon tonu konsorsiumun, 0,5 milyon tonu isə SOCAR-ın payına düşüb”, - məlumatda qeyd olunub.


    Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
    0552252950 (Whatsapp)

    BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR