Bu rayonlarda qaz kəsiləcək - XƏBƏRDARLIQ

“Qaraçuxur” QPS-də “Əhali” kollektorundan ayrılan “Əmircan” qaz kəmərində aşkar olunmuş qaz sızmasının ləğvi ilə əlaqədar 13.03.2024-cü il tarixdə saat 10:00-dan qaz təchizatının dayandırılması planlaşdırılır.

Metbuat.az xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb. Bildirilib ki, təmir işləri aparılan müddətdə Suraxanı rayonu üzrə Əmircan qəsəbəsinin və Şərq yaşayış massivinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR