"Barselona"nın istədiyi futbolçuya fantastik qiymət qoydular

"Liverpul" "Barselona"nın istədiyi Diazın qiymətini müəyyən edib.

Metbuat.az xəbər verir ki, "Liverpul" futbolçu üçün 130 milyon dollardan çox pul tələb edib. Kolumbiyanın “El Heraldo” nəşrinin məlumatına görə, kolumbiyalı cinah oyunçusu bu mövsüm yaxşı çıxış etsə də, onun klubda qalmaq barədə qəti mövqeyi yoxdur. Bildirilir ki, "Barselona"nın prezidenti Joan Laporta Diazın agenti ilə görüşərək futbolçunun Kataloniyaya mümkün transferini müzakirə edib. Joan Laportaya futbolçunun qiyməti barədə məlumat verilib.

Qeyd edək ki, iki mövsüm əvvəl “Porto” 47 milyon avroya transfer edilən Diaz “Liverpul”da 38 matçda 11 qol vurub və 5 məhsuldar ötürmə edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR