STM ilə Peterburq Dövlət Universiteti arasında müzakirələr aparılıb - FOTO

Sosial Tədqiqatlar Mərkəzi (STM) ilə Peterburq Dövlət Universitetinin tədqiqatçıları arasında "Zoom" formatda görüş keçirilib.

Metbuat.az xəbər verir ki, görüşdə STM İdarə Heyətinin üzvü, millət vəkili Elşad Mirbəşir STM ilə Rusiyanın müxtəlif tədqiqat mərkəzlərinin əməkdaşlığından bəhs edib. Eyni zamanda yaxın gələcəkdə Peterburq Universiteti və STM arasında qarşılıqlı fəaliyyətlə bağlı memorandumun imzalanması üçün razılıq əldə edilib. STM əməkdaşları Nailəxanım Rüstəmova və Şəhla Cəlilzadə ortaq sosioloji rəy sorğuları ilə bağlı düşüncələrini bölüşüblər.

Media üzrə tədqiqatların vacibliyi məsələsində STM əməkdaşı Tural İsmayılov düşüncələrini səsləndirib. STM əməkdaşları və Universitetin tədqiqatçıları qarşılıqlı fikir mübadiləsi aparıblar. Bu tip görüşlərin bundan sonra da davam etdirilməsi məqsədəuyğun hesab edilib.

Peterburq Universitetindən Maya Rusakova, Mariya Slastunova və Darya Kruçinina Azərbaycanın beyin mərkəzləri ilə birgə layihələrin bundan sonra da inkişaf etdirilməsinin önəmindən bəhs ediblər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR