"Real"dan Arda barədə sürpriz qərar - Planlar dəyişdi

“Real Madrid”in baş məşqçisi Karlo Ançelotti Arda Gülerə daha çox oyun şansı verəcəyinə söz verib.

Metbuat.az xəbər verir ki, “AS” qəzeti Ançelottinin Arda ilə bu barədə söhbət etdiyini yazıb. Bildirilir ki, mövsümün sonunda oynamaq şansı tapmaqda çətinlik çəkən Seballos və Luka Modriç klubdan ayrılacaq. İcarəyə göndərilməsi gündəmdə olan Arda Gülerin isə “Real”da qalacağı irəli sürülür. Məlumata görə, Seballos və Modriçin klubdan getməsi Ardanın heyətə düşməsini asanlaşdıracaq. Karlo Ançelottinin təkbətək görüşdə Arda Gülerə daha çox oyun şansı verəcəyinə söz verib.

Qeyd edək ki, Ançelotti Ardanın da qol vurduğu "Selta Viqo" matçından sonra müsahibəsində “Arda Güler daha çox oynayacaq, mənim açıqlamam sabah olacağı anlamına gəlmir. Amma daha çox vaxt aparacaq" deyə bildirmişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR