Yaz bu bürclərə şans gətirəcək - Pul, vəzifə, sevgi...

Yazın gəlişi Balıqlar, Dolça və Oxatan bürcləri üçün yeniliklər gətirəcək. Astroloqlara görə, planetlərin hərəkəti onların şəxsi və iş həyatında müsbət dəyişikliklərin baş verməsinə səbəb olacaq.

Metbuat.az xarici mediaya istinadən bildirir ki, astroloqlar yazın gəlişinin bütün bürclər üçün yeni enerji, yeni nəfəs demək olduğunu bildirirlər. Lakin bəzi bürclər üçün daha böyük yeniliklər gözləniləndir.

Balıqlar - yazın gəlişi ilə iş həyatında son aylarda qarşılaşdığınız çətinliklər aradan qalxacaq. İş yoldaşlarınızla ünsiyyətinizi qaydasına salın. Vəzifə dəyişikliyi ola bilər, bu, müsbət istiqamətdə olacaq. Risk etməkdən çəkinməyin, əsk halda qazanacağınız məbləğləri əldən vermiş olarsınız.

Dolça - şəxsi münasibətlərdə baş qaldıran problemlərin həll etməyin zamanıdır. Arzuladığınız insanı məhz bu dövrdə tapa bilərsiniz. Yetər ki, özünüzə inamlı olun. Eqoist davranışlardan qaçın, bu sizə eşq həyatınızada maneələr yarada bilər.

Oxatan - çoxdandır yığılıb qalan kiçik problemləri birdəfəlik həll etmək üçün ideal zamandır. Maliyyə problemləriniz aradan qalxacaq. Planlı hərəkət etmək, dəqiq qərarlar vermək lazımdır. Ani səhv yenidən hər şeyi məhv edə bilər.

Seyranə Quliyeva / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR