Şirvanda məktəbin qarşısında şagirdi maşın vurdu

Şirvan şəhərində orta məktəb şagirdini maşın vurub.

Metbuat.az-ın bölgə müxbiri xəbər verir ki, hadisə səhər saatlarında Şirvan şəhər 10 saylı tam orta məktəbin qarşısında baş verib. Həmin məktəbin 4-cü sinif şagirdi, 2015-ci il təvəllüdlü Piriyeva Səma Elçinbəy qızı dərsdən çıxan zaman yolu keçərkən maşın vurub. Hadisə nəticəsində müxtəlif bədən xəsarətləri alan azyaşlı xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR