Putinin hərbi forma geyinən qadınla dialoqu gündəm oldu - VİDEO

Rusiya lideri Vladimir Putin mətbuat konfransında hərbi forma geyinmiş qadını tərif edib.

Metbuat.az TASS-a istinadla xəbər verir ki, Vladimir Putin Şimal Hərbi Dairəsinə könüllü olaraq xidmət edən, 2020-ci il Rusiya Liderləri müsabiqəsinin qalibi Aleksandra Rodionovaya “Sizə, deyiblərmi hərbi forma çox yaraşır?,- deyə tərif edib.

Prezidentin bu sualına cavab olaraq qadın “İnanmayacaqsınız, amma hər kəs” deyə dərhal cavab verib.

Qeyd edək ki, Vladimir Putin tərəfindən bəyənilən SVO könüllüsü Aleksandra Rodionova “Life.ru”ya açıqlamasında bildirib ki, o dövlət başçısı ilə görüş üçün xüsusilə hərbi paltar seçib. Qadının sözlərinə görə, hərbidə çalışan qadınlar iş yerlərinə uyğun olaraq ətəkdə deyil, şalvarda daha rahat davrana bilirlər. Amma o çox sevinir ki, kişi geyimini qadın fiqurasına yaraşdıra bilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR