Bu bürclərə yaxın zamanda XƏYANƏT EDİLƏCƏK

Astroloqlara görə, 3 bürc yaxın günlərdə xəyanətə uğrayacaqlar.

Metbuat.az xarici mediaya istinadən bildirir ki, Əkizlər, Tərəzi, Xərçəng bürcü altında doğulan insanlar yaxın zamanlarda aldadıla bilər. Uzun müddətdir gizli qalan yalanların üstü açılacaq ki, bu da uğursuz günlərin başlamasına işarədir.

Əkizlər - sizin əleyhinizə olan hər fikir və qərar sizə xəyanət kimi görünməməlidir, ətrafınızda olan insanların sərhədlərinə hörmətlə yanaşmağa, eqoist xüsusiyyətlərdən uzaq durmağa çalışın. Yaxın günlərdə üzləşəcəyiniz yalan və xəyanətlər talehyüklü olmayacaq.

Tərəzi - gözləmədiyiniz bir anda yalanla qarşı-qarşıya gələ bilərsiniz. Lakin, soyuqqanlı davranmaq lazımdır, edəcəyiniz anlıq hərəkətlərin kompensasiyası ağır ola bilər. Üzləşəcəyiniz xəyanətlər sizi şübhəcil bir insana çevirməməlidir.

Xərçəng - yaxınlarınız tərəfindən sizin əleyhinizə olan qərarlar verilə bilər. Buna iş həyatınızdakı insanlar da aiddir. Lakin qarşılaşacağınız situasiya sizi depressiv vəziyyətə salmamalıdır, sahib olduğunuz müsbət xüsusiyyətlərlə bu durumların öhdəsindən gəlmək çətin olmamalıdır.

Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR