Həccə getmək istəyənlərin nəzərinə - QMİ-dən müraciət

Bu il Həcc ziyarəti ilə bağlı sənəd qəbuluna dəyişiklik edilib. Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi Ramazan ayının sonuna kimi Həcc ziyarəti ilə bağlı prosedurları bitirməyi tələb edir.

Metbuat.az xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsi məlumat yayıb.

Qeyd edilib ki, Ramazan ayının sonuna kimi Həclə bağlı sistemin bağlanmağı gözlənilir:

"Vətəndaşlarımız bilməlidir ki, bu il çox fərqlidir, əvvəlki illər kimi deyil, Səudiyyə Ərəbistanının müvafiq qurumları tərəfindən bütün prosedurları erkən bitirmək tələb olunur. Yəni Ramazan ayının sonuna kimi qeydiyyatdan keçməyənlər Həcc ziyarətinə getməyə bilərlər.

Ona görə xahiş edirik ki, ziyarətə getmək istəyənlər Ramazan ayının sonuna kimi qeydiyyatdan keçsinlər. Artıq xeyli vətəndaş ziyarətə getmək üçün qeydiyyata alınıb və hazırda yerlər məhduddur".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR