"Araz-Naxçıvan" rəqibini darmadağın etdi - Yüksək Liqa

Futzal üzrə Yüksək Liqada IV dövrəyə start veriləcək.

Metbuat.az xəbər verir ki, XVI turun ilk matçında "Neftçi" İK "Baku Fire" ilə heç-heçə edib - 3:3.

Ardınca son çempion "Araz-Naxçıvan" "Yasamal Bakı"nı 16 cavabsız qolla üstələyib.

Son olaraq 19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisi autsayder “Record club” ilə üz-üzə gəlib. Qarşılaşma U-19-un qələbəsi ilə bitib - 14:2.

Qeyd edək ki, "Araz-Naxçıvan" 43 xalla liderdir. "Baku Fire" 34 xalla ikinci, "Neftçi" İK 33 xalla üçüncü pillədə qərarlaşıb. "Yasamal Bakı"nın 14, U-19-un 9, "Record club"un 4 xalı var.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR