Goranboyda 230 baş xırda buynuzlu heyvan tələf oldu

Goranboy rayonunun Nadirkənd kəndində tövlədə yanğın olub.

Metbuat.az-ın məlumatına görə, M.Məmmədova məxsus təsərrüfatda olan tövlə yanıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Goranboy rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub və yanğın söndürülüb. Yanğın nəticəsində ümumi sahəsi 180 kvadratmetr sahəsi olan tövlə yanıb, 230 qoyun-quzu tələf olub. Təsərrüfat sahibinə xeyli zərər dəyib.

Yanğının səbəbləri araşdırılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR