Rusiya Ukraynada 350 mindən çox itki verib - Stoltenberq

Ukraynada müharibə başlayandan bəri Rusiya ordusu 350 mindən çox itki verib.

Metbuat.az xəbər verir ki, bu barədə NATO-nun Baş katibi Yens Stoltenberq açıqlama verib. O, Polşa Prezidenti Andjey Duda ilə Alyansın mənzil-qərargahında keçirilən birgə mətbuat konfransında Rusiya ordusunun ölü və yaralılarının sayının 350 mindən çox olduğunu ifadə edib. Stoltenberqin sözlərinə görə, Rusiya kiçik nailiyyətlər qarşılığında böyük itkilər verir və Ukrayna öz cəsarəti ilə Rusiya ordusunu məğlub etməyin mümkünlüyünü nümayiş etdirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR