Mahir Emrelinin komandası mübarizəni dayandırdı

Türkiyənin "Fənərbağça" klubu UEFA Konfrans Liqasında 1/4 final mərhələsinə vəsiqə qazanıb.

Metbuat.az-ın məlumatına görə, İstanbul təmsilçisi 1/8 finalın cavab oyununda Belçikanın “Yunion” kollektivini qəbul edib. Qarşılaşma rəqibin qələbəsi ilə bitib - 1:0. "Fənərbağça" səfərdəki qalibiyyət (3:0) sayəsində növbəti raunda yüksəlib. Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Xorvatiyanın "Dinamo" klubu turnirdə mübarizəni dayandırıb.

İlk görüşdə qələbə qazanan (2:0) Zaqreb təmsilçisi Yunanıstanda PAOK-a böyük hesabla uduzub - 1:5.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR