"Qarabağ" mübarizəni dayandırdı - Avropa Liqası

"Qarabağ" UEFA Avropa Liqasında mübarizəni dayandırıb.

Metbuat.az-ın məlumatına görə, komanda 1/8 final mərhələsinin cavab matçında "Bayer 04"ə uduzub - 2:3.

01:53

"Bayer 04" Almaniyada "Qarabağ"a qarşı keçirdiyi UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyununda hesabı bərabərləşdirib - 2:2

Metbuat.az-ın məlumatına görə, 90+3-cü dəqiqədə meydan sahiblərində Patrik Şik fərqlənib.

01:30

***

"Bayer 04" Almaniyada "Qarabağ"a qarşı keçirdiyi UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyununda fərqi azaldıb.

Metbuat.az-ın məlumatına görə, 72-ci dəqiqədə meydan sahiblərində Ceremi Frimponq fərqlənib.

Hazırda Azərbaycan çempionu 2:1 hesabı ilə öndədir.

***

01:28

"Qarabağ" Almaniyada "Bayer 04"ə qarşı keçirdiyi UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyununda ikinci qolu vurub.

Metbuat.az-ın məlumatına görə, 67-ci dəqiqədə Olavio Juninyo növbəti dəfə meydan sahiblərini məyus edib.

Hazırda Azərbaycan çempionu 2:0 hesabı ilə öndədir.

***

01:18

Almaniyada "Bayer 04" və "Qarabağ" komandaları arasında keçirilən UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyununda hesab açılıb.

Metbuat.az-ın məlumatına görə, Azərbaycan çempionu meydan sahiblərini məyus edib.

58-ci dəqiqədə Abdullah Zubir fərqlənib.

***

01:04

Almaniyada "Bayer 04" və "Qarabağ" komandaları arasında keçirilən UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyununda ikinci hissə başlayıb.

Metbuat.az-ın məlumatına görə, hazırda matçda hesab açılmayıb.

***

00:52

Almaniyada "Bayer 04" və "Qarabağ" komandaları arasında keçirilən UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyununda ilk hissə başa çatıb.

Metbuat.az-ın məlumatına görə, komandalar fasiləyə qolsuz bərabərliklə yollanıblar.

***

00:01

Almaniyada "Bayer 04" və "Qarabağ" komandaları arasında keçiriləcək UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyunu başlayıb.

Metbuat.az-ın məlumatına görə, Leverkuzen şəhərindəki "BayArena"dakı qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da start götürüb.

Görüşü ingiltərəli FIFA referisi Entoni Teylor idarə edir. İlk matçda heç-heçə qeydə alınıb - 2:2.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR