"Real"dan “Fənərbaxça”ya sürpriz təklif - Ardanın rekordunu qıracaq

“Real Madrid” “Fənərbaxça”nın futbolçusunu transfer etmək istəyir.

Metbuat.az Türkiyə mediasına istinadən xəbər verir ki, “Real” Ferdi Kadıoğlunun transferi üçün təklif hazırlayıb. İddialara görə, “Real” “Fənərbaxça” ilə rəsmi danışıqlara başlamaq üçün hərəkətə keçib. “Fənərbaxça”nın AVRO-2024-dən sonra Ferdi üçün gələcək təklifləri dəyərləndirəcəyi gözlənilir. Türkiyə təmsilçisi futbolçu üçün azı 30 milyon avro tələb edir. “Real Madrid” bu məbləği ödəyərsə, Ferdi “Fənərbaxça”nın 21 milyon avroya satılan Vedat Muriq və Baliçi geridə qoyaraq ən yüksək qiymətə satılan futbolçusu olacaq.

Ferdi Kadıoğlu bu mövsüm oynadığı 39 matçda 3 qol vurub, 4 məhsuldar ötürmə edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR