Komanda bərabərlik qolundan sonra daha çox istəkli idi - Xabi Alonso

Bərabərlik qolundan sonra komandamın daha çox istəkli olduğunu gördüm.

Metbuat.az xəbər verir ki, bunu Almaniyanın "Bayer 04" klubunun baş məşqçisi Xabi Alonso evdə "Qarabağ"a 3:2 hesabı ilə qalib gəldikləri Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyunundan sonra mətbuat konfransında deyib.

Mütəxəssis matçda geridönüş etməyin asan olmadığını bildirib: "Buna baxmayaraq futbolçular yaxşı çıxış etdilər. Patrik Şikin sonuncu qolu əla idi".

İspaniyalı baş məşqçi komanda ruhunun vacib olduğunu söyləyib: "Sonadək mübarizə aparmaq niyyətindəyik. Komandada çoxlu inam və aclıq var".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR