Partlayış təhlükəsi səbəbindən "Marmaray" tunelində hərəkət dayandırıldı

Partlayış təhlükəsi səbəbindən "Marmaray" tunelində hərəkət dayandırıldı
18:08 19 Yanvar 2015
98 Dünya
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 19 yanvar /Trend, müxbir Rufiz Hafizoğlu/

Türkiyədə partlayış təhlükəsi səbəbindən “Marmaray” dəmir yolu tunelində hərəkət dayandırılıb. Bu barədə Trend “Kanal7” telekanalına istinadən xəbər verir.

Məlumata görə, stansiyalardan birində partlayıcı qurğuya oxşayan şübhəli bağlama aşkar edilib. Bununla bağlı sərnişinlər təxliyə edilib.

Lakin təhlükəsizlik qüvvələri tərəfindən aparılan yoxlama zamanı şübhəli bağlamanın sərnişinlərdən birinin unutduğu çanta olduğu məlum olub.

Yoxlamadan sonra tuneldə hərəkət bərpa edilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/other/world/2354929.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR