Bakıda bu ərazidə böyük park salınır - FOTO

Bakının Nərimanov rayonunda 30 hektar əraziyə malik park salınacaq.

Metbuat.az bildirir ki, bununla bağlı "Caliber" məlumat yayıb. Məlumata görə, Yeni park Vaqif prospektinin, həmçinin Ceyhun Hacıbəyli, Şəmsi Rəhimov və Nəsib bəy Yusifbəyli küçələrinin bir hissəsini əhatə edəcək.

Sözügedən parkın salınması üçün Ceyhun Hacıbəyli küçəsinin Nəsib bəy Yusifbəyli küçəsi ilə kəsişməsindən Hənifə Ələsgərov küçəsinə kimi mövcud olmuş "Tikinti materialları bazarı”, həmçinin oranın yaxınlığındakı azmərtəbəli yaşayış binaları və yardımçı tikililər sökülüb.

Bütün işlər yekunlaşdıqdan sonra sakinlərin xoş istirahəti üçün yeni, gözəl və yaşıllıqlarla bol məkan mövcud olacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR