Avroliqada püşk atıldı - "Bayer"in rəqibi bu klub oldu

Avropa Liqasında 1/4 və yarım-final mərhələlərinin püşkü atılıb.

Metbuat.az xəbər verir ki, ötən gecə "Qarabağ"ı mübarizədən kənarlaşdıran "Bayer" 1/4 finalda "Vest Hem"lə (İngiltərə) qarşılaşacaq.

1/4 final

“Milan” (İtaliya) - “Roma” (İtaliya)

“Liverpul” (İngiltərə) – “Atalanta” (İtaliya)

“Bayer” (Almaniya) - “Vest Hem” (İngiltərə)

“Benfika” (Portuqaliya) - “Marsel” (Fransa)

Yarımfinal

“Benfika” - “Marsel” cütünün qalibi / “Liverpul” – “Atalanta” cütünün qalibi

“Milan” - “Roma” cütünün qalibi / “Bayer” - “Vest Hem”

Qeyd edək ki, 1/4 final mərhələsinin oyunları aprelin 11-i və 18-də, yarımfinal matçları isə mayın 2-də və 9-da keçiriləcək. Final mayın 22-də Dublindəki “Aviva” stadionunda olacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR