Ali məktəblərə və kolleclərə sənəd qəbulu başa çatdı

Abituriyentlərin ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) sənəd qəbulu başa çatıb.

Metbuat.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) bildirilib.

Bütün ixtisas qrupları üzrə ali təhsil müəssisələrinin və tam (11 illik) orta təhsil bazasında kolleclərin müsabiqəsində iştirak etmək istəyən abituriyentlər (cari və əvvəlki illərin məzunu olmasından asılı olmayaraq) 15 mart saat 23:59-dək DİM-in saytına daxil olub "Abituriyentin elektron ərizəsi”ni doldurmalı və təsdiq etməli idilər.

DİM-in məlumatına görə, 110 mindən çox abituriyent öz ərizəsini təsdiq edib. daha dəqiqi məlumat tezliklə açıqlanacaq.

Ərizə qəbulu martın 1-dən başlamışdı.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR